PSJ onları cəzalandıran futboçuya fantastik məbləğ hazırlayıb

PSJ onları cəzalandıran futboçuya fantastik məbləğ hazırlayıb

"Çelsi"nin yarımmüdafiəçisi Koul Palmer PSJ klubundan təklif alıb.

Olimpnews.az Paris klubunun saytına istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının son qalibləri 23 yaşlı futbolçu üçün 250 milyon avro hazırlayıblar. Əgər bu transfer baş tutsa, tarixin ən bahalı transferi olan Neymar  ikinci pilləyə enəcək. Parislilər braziliyalını "Barselondan" 222 milyona almışdı.

Xatırladaq ki, Palmer bu ay başa çatan klublararası dünya çempionatının ən yaxşı oyunçusu olub. Çempionatın finalında Palmer PSJ-nin qapısında iki top keçirmişdi. Palmerin "zadəganlar"la isə müqaviləsi 2033-cü ilin ortalarına qədərdir.