Berqamo klubu tələbindən aşağı enmir

Berqamo klubu tələbindən aşağı enmir

"Atalanta"nın hücumçusu Ademola Lukman Milan "İnter"inin əsas transfer hədəfində yer alıb. Olimpnews.az “Corriere dello Sport” poratalına istinadən xəbər verir ki, Berqamo klubu nigeriyalı futbolçu üçün 50 milyon avrodan aşağı olmayan məbləğ tələb edir. Qarşı tərəf isə bununla hələ ki, razılaşmır.

Qeyd edək ki, A Seriyasında Lukman 15 qol və 5 məhsuldar ötürmə müəllifi olub.