FİFA nümayəndəsi Əlişir Nikimbayev tufan və leysan səbəbindən klublararası dünya çempionatının oyunlarının dayandırılması problemi barədə fikirlərini bölüşüb. "Çempionat zamanı baş verən bu cür təxirəsalınmalar bütün turnirin təqviminə mənfi təsir göstərə bilər. FİFA-nın dünya çempionatının təşkili ilə bağlı problemləri həll etmək üçün bir il vaxtı var", - deyə "Metaratings" portalı Nikimbayevin sözlərindən sitat gətirib.
Qeyd edək ki, mövcud ABŞ qanunlarına görə, stadiondan 12 mil radiusda ildırım görünsə, matç ən azı 30 dəqiqə dayandırılmalıdır.