İngiltərə millisinin və "Çelsi"nin yarımmüdafiəçisi Koul Palmer kiçik Sent Kitts və Nevis adalarında qəhrəman kimi qarşılanıb.
Olimpnews.az xəbər verir ki, klublararası dünya çempionatının finalalında PSJ-nin qapısından iki top keçirən Palmer ailəsi ilə birlikdə babasının vətəninə səfər etmək qərarına gəlib.
Qeyd edək ki, ötən mövsüm Palmer bütün klub yarışlarında 58 matçda 18 qol vurub və 14 məhsuldar ötürmə müəllifi olub.