Portuqaliyalı mütəxəssis yenidən Asiyaya qayıdıb

Portuqaliyalı mütəxəssis yenidən Asiyaya qayıdıb

Portuqaliyalı mütəxəssis Karluş Keyruş özünə yeni iş yeri tapıb.

Olimpnews.az xəbər verir ki, Oman Futbol Assosiasiyasının mətbuat xidmətinin məlumatına görə, 72 yaşlı mütəxəssis milliyə baş məşqçi təyin olunub. Məlumatda müqavilənin müddəti açıqlanmayıb.

Qeyd edək ki, Asiya futbolu Keyruşa yaxşı tanışdır. O, 2023-cü ilə qədər Qətər millisinə rəhbərlik edib. Bundan başqa  Keyruş İran, Misir, Kolumbiya, CAR, Portuqaliya və BƏƏ millilərində də işləyib. Onun ən böyük uğuru isə Madrid "Real" ilə bağlıdır.