"Beşiktaş" ingiltərəli futbolçunun transferinden imtina etdi 

"Beşiktaş" ingiltərəli futbolçunun transferinden imtina etdi 

Türkiyənin "Beşiktaş" klubu "Sautgempton"da çıxış edən sağ cinah müdafiəçisi Kyle Walker-Petersin transferindən imtina edib. 
Olimpnews.az xəbər verir ki, buna səbəb ingiltərəli futbolçunun İstanbula vaxtında gəlməməsi olub. 
Futbolçu bu azmış kimi, klub rəhbərliyindən vaxt tələb edib. Bu isə "Qara qartallar"ı özündən çıxarıb və transferdən imtina etməsi ilə nəticələnib. 
Qeyd edək ki, futbolçu iyulun 16-da "Beşiktaş"la müqavilə bağlamaq üçün İstanbula gəlməli idi.