İngiltərənin "Liverpul" klubu Almaniyanın "Frankfurt" klubunun forvardı Huqo Ekitike transferində irəliləyiş əldə edib.
Olimpnews.az xəbər verir ki, "mersisaydlılar" futbolçu üçün 80 milyon avroluq rəsmi təklif yollayıblar.
Futbolçu özü də karyerasını "Liverpul"da davam etdirməkdə maraqlıdır. O, bu səbəbdən "Mançester Yunayted"in təklifini rədd edib. Fransalı futbolçu uğrunda mübarizə aparan İngiltərənin digər klubu "Nyukasl Yunayted" isə artıq transfer danışıqlarından çəkilib.
"Liverpul" Ekitike transferində irəliləyiş əldə etdi
