İspaniyanın Madrid "Real"ı niderlandlı gənc futbolçu Abdellah Ouazane transferindən imtina edib.
Olimpnews.az xəbər verir ki, buna səbəb 16 yaşlı mərkəz yarımmüdafiəçisinin tibbi müayinədən keçə bilməməsi olub.
Qeyd edək ki, Mərakeş əsilli futbolçu 2016-cı ildən "Ayaks"ın gənclər komandasında çıxış edir.
"Real" gənc futbolçunun transferinden imtina etdi
