Son günlər İspaniya mətbuatında Lamin Yamalın ad günü şənliyi ilə bağlı yayılan məlumatlar futbol ictimaiyyətində birmənalı qarşılanmayıb.
Olimpnews.az xəbər verir ki, gənc ulduzun iştirakı ilə baş tutan özəl tədbirin sosial şəbəkələrdə birmənalı qarşılanmaması fonunda futbolçunun atası Mounir Nasroui məsələ ilə bağlı ilk dəfə açıqlama verib.
Jurnalistlərə müsahibəsində Nasroui iddialara sərt şəkildə münasibət bildirib:“İnsanlar paxıllıq edir, sadəcə qısqanırlar. Oğlum bir nümunədir! Yamal 18 yaşlı bir gəncdir, həyatından zövq alır, insanlar isə bunu başa düşməlidir. Əgər oğlum səhv bir hərəkət etsə, onu ilk qulağından tutub “oğlum, bunu etmə!” deyəcək olan birinci adam mən olaram. Lakin o, heç bir səhv etməyib. Əgər oğlum hər hansı bir səhv etsə, bunun üçün polis var və həmin şəxslər gedib şikayət edə bilərlər. Ortada bir yanlış yoxdursa, deməli, ciddi bir şey də baş verməyib”.
Xatırladaq ki, “Barselona” klubunun və İspaniya millisinin heyətində parlaq çıxışı ilə yadda qalan Lamin Yamal 18 yaşını qeyd edib. Lakin ad günü şənliyi ilə bağlı bəzi sosial media görüntüləri və şərhlər, xüsusilə gənc yaşda olan futbolçuların davranışlarına dair cəmiyyətin həssas yanaşması fonunda müzakirələrə səbəb olub.
Lamine Yamalın atası qalmaqallı ad günü şənliyi ilə bağlı danışdı
