"Topçular"ı heç bir kluba dəyişmədi

 "Topçular"ı heç bir kluba dəyişmədi

"Arsenal" yarımmüdafiəçi Ethan Nvaneri ilə yeni müqavilə ilə bağlı razılığa gəlib.

Olimpnews.az insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, yeni müqavilə 2030-cu ilə qədər qüvvədə olacaq.
18 yaşlı ingiltərəli futbolçu digər klublardan ona gələn təkliflərə baxmayaraq, "topçular"ın heyətində qalmağa üstünlük verib.
Məlumat üçün bildirək ki, Nvaneri "Arsenal"ın heyətində 39 matçda 9 qol və 2 məhsuldar ötürmə müəllifi olub.