İtaliyanın "Milan" klubu PSJ-nin hücumçusu Qonsalo Ramosu heyətinə cəlb etmək istəyir.
Olimpnews.az İnsayder Saşa Tavolerinin sosial şəbəkələrdə verdiyi məlumata istinadən xəbər verir ki, “rossoneri”lər portuqaliyalı hücumçu üçün 30 milyon avro ödəməyə hazırdır. Hazırda Milan təmsilçiləri Ramosun agentləri ilə danışıqlar aparır.
Qeyd edək ki, ötən mövsüm portuqaliyalı futbolçu bütün turnirlərdə 46 matçda 19 qol vurub və 6 məhsuldar ötürmə ilə diqqət çəkib. Ramosun Fransa klubu ilə hazırkı müqaviləsi 3 ildən sonra başa çatır. Transfermarkt portalı futbolçunu 40 milyon avro qiymətləndirir.