Qabonlu hücumçu Pyer-Emerik Obameyanq "Marsel"ə qayıdır.
Olimpnews.az xəbər verir ki, o, ötən gün Səudiyyə Ərəbistanının “Əl-Qadisiya” klubu ilə müqaviləsini pozaraq azad agent statusunu qazanıb. “Əl-İttifaq” 36 yaşlı futbolçunu transfer etməkdə maraqlı olsa da, forvard gözlənildiyi kimi Səudiyyə Ərəbistanını tərk edərək Avropaya, daha doğrusu Marselə qayıtmağa qərar verib. Jurnalist Santi Aounanın verdiyi məlumata görə, tərəflər ikiillik müqaviləyə razılaşıblar. Transfer yaxın vaxtlarda rəsmən təsdiqlənəcək.
Qeyd edək ki, Pyer-Emerik Obameyanq 2023-cü ildən 2024-cü ilə kimi "Marsel"in şərəfini qoruyub.