"Mançester Yunayted" və "Nyukasl" PSJ-nin hücumçusu Randal Kolo Muaninin transferi üçün hərəkətə keçiblər.
Bu barədə Olimpnews.az “Footmercato”ya istinadən xəbər verir.
Xatırladaq ki, 26 yaşlı Kolo Muani yanvarın sonunda "Yuventus"a icarə əsasında keçib. O, klubda 22 oyunda 10 qol vurub və 3 məhsuldar ötürmə verib. Futbolçunun PSJ ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna kimi hesablanıb.