"Betis" rəhbərini heyrətə gətirən səbəb

"Betis" rəhbərini heyrətə gətirən səbəb

Madrid "Real"ı yarımmüdafiəçisi Dani Seballosu 20 milyon avroya satmağa hazırdır.
Olimpnews.az AS nəşrinin məlumatına istinadən xəbər verir ki, ispaniyalının transferində maraqlı olan "Betis" onun qiymətini 5-10 milyon avro ilə dəyərləndirir. O da vurğulanır ki, 28 yaşlı futbolçunun illik 9 milyon avro maaş istəməsi klub rəhbərliyini heyrətləndirib.

Qeyd olunur ki, futbolçu ilə baş məşqçi Xabi Alonso ilə fikir ayrılığı yaranıb. Məlumat üçün bildirək ki, Seballos 2011-2017-ci illərdə "Betis"də çıxış edib.  
2024/25 mövsümündə futbolçu "Real"ın heyətində 45 oyun keçirib və 2 məhsuldar ötürmə edib. Onun Madrid klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin iyunun sonuna qədərdir.