Skopye-2025 çərçivəsində keçirilən atletika yarışları davam edir.
Olimpnews.az xəbər verir ki, bu gün daha iki atletimiz festivalda mübarizəyə başlayıb. Təmsilçilərimizdən Həmid Nəbiyev I mərhələnin IV təsnifat yarışında 100 m məsafəni 11.38 saniyə nəticə ilə 6-cı yerdə tamamlayıb.
Komandamızın digər üzvü İsgəndər Əsgərov isə 800 m məsafəyə qaçışda I mərhələnin təsnifat yarışını 7 iştirakçı arasında sonuncu yerdə yekunlaşdırıb. O, bu məsafəni 1:59.41 saniyəyə qət edib. Bununla da hər iki idmançımız qeyd olunan məsafələr üzrə çıxışını yekunlaşdırıb.
Daha əvvəl isə digər təmsilçimiz Safiya Kərimova I mərhələnin III təsnifat yarışında 100 m məsafəyə qaçışda 13,09 nəticə ilə yeddinci olmuşdu.
Qeyd edək ki, festivalın atletika yarışları Şimali Makedoniyanın paytaxtı Skopyedəki Todor Proeski milli stadionunda keçirilir.