"Qarabağ"ın Çempionlar Liqasındakı potensial rəqibləri müəyyənləşdi

"Qarabağ"ın Çempionlar Liqasındakı potensial rəqibləri müəyyənləşdi

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Olimpnews.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil edilən tədbirdə “Qarabağ”ın da potensial rəqibləri müəyyənləşib. Belə ki, Qurban Qurbanovun komandası II təsnifat mərhələsində İrlandiyanın “Şelburn” komandasını məğlub edəcəyi təqdirdə növbəti mərhələdə “Şkendiya” (Şimali Makedoniya) - FCSB (Rumıniya) cütünün qalibi ilə qarşılaşacaq. 

Qeyd edək ki, bu mərhələninin ilk oyunları avqustun 5-6-da, cavab görüşləri isə bir həftə sonra təşkil olunacaq. “Qarabağ” II təsnifat mərhələsində "Şelburn"la ilk matçını iyulun 23-də səfərdə, cavab qarşılaşmasını iyulun 30-da evdə keçirəcək.