"Real" Akademiyasının yetirməsi karyerasını İtaliyada davam etdirəcək

"Real" Akademiyasının yetirməsi karyerasını İtaliyada davam etdirəcək

İtaliyanın "Komo" klubu "Real Madrid" akademiyasının istedadlı futbolçusu Yakobo Ramonu heyətinə cəlb edəcək. 

Olimpnews.az xəbər verir ki, "Appenin" təmsilçisi 20 yaşlı müdafiəçi üçün "Kral" klubuna 2.5 milyon avro ödəyəcək. Müqavilədə bonuslar da yer alacaq. Gerisatınalma bəndinin də yer aldığı tədbirdə həmçinin madridlilər gələcək satışdan 50 faiz pay əldə edəcək.