EYOF-2025: Badmintonçumuzdan uğursuz başlanğıc 

EYOF-2025: Badmintonçumuzdan uğursuz başlanğıc 

Skopye-2025 çərçivəsində keçirilən badminton yarışlarına bu gün start verilib. 
Olimpnews.az xəbər verir ki, bu gün komandamızın iki üzvü mübarizəyə başlayacaq. Təmsilçilərimizdən artıq Əli Gözəlov ilk görüşünü keçirib. G qrupunda yarışan idmançımız ilk qarşılaşmasında çexiyalı Petr Brizayla üz-üzə gəlib. İlk qarşılaşmasını məğlubiyyətlə (0:2) başa vuran idmançımız Bakı vaxtı ilə 18:30-da kosovalı Dionis Morina ilə növbəti görüşünə çıxacaq.

Komandamızın daha bir üzvü Viktoriya Kumanyayeva Bakı vaxtı ilə 14:30-da danimarkalı Diya Mari Çeriyan ilə görüşəcək.

Qeyd edək ki, badminton yarışları Skopyedəki Nevana Georgieva - Dunya adına ibtidai məktəbdə təşkil olunur. 

EYOF-2025: Badmintonçumuzdan uğursuz başlanğıc  EYOF-2025: Badmintonçumuzdan uğursuz başlanğıc  EYOF-2025: Badmintonçumuzdan uğursuz başlanğıc