"Qoca sinyora" Madrid klubu ilə danışıqlara başlayıb

"Qoca sinyora" Madrid klubu ilə danışıqlara başlayıb

Madrid "Atletiko"sunun müdafiəçisi Nahuel Molina növbəti mövsümü "Yuventus"da keçirə bilər. 

Olimpnews.az Diario AS-a istinadən xəbər verir ki, "Qoca sinyora" artıq argentinalının transferi ilə bağlı Madrid klubu ilə danışıqlara başlayıb. "Atletiko" futbolçu üçün 25-30 milyon avro istəyir.

Qeyd edək ki, ötən mövsüm Molina “Atletiko”nun heyətində 44 oyunda, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.