Oktaqonda diktorluq edən Bryus Baffer UFC-də nə qədər işləməyi planlaşdırdığı barədə açıqlama verib. "Mən UFC 400-də işləməyi planlaşdırıram. Bu mənim məqsədimdir. Daha səkkiz il sizinləyəm", - X sosial şəbəkəsindəki Home of Fight hesabı Bafferdən sitat gətirib.
Xatırladaq ki, Baffe UFC-yə 1996-cı ildə oktaqon diktoru kimi qoşulub. O vaxtdan döyüşləri anons edir. 68 yaşlı diktorun tanq soodo üzrə qara kəməri və cüdo üzrə yaşıl kəməri var. O, həm də peşəkar poker oyunçusudur.