Konfrans Liqası: "Sabah"ın rəqibi müəyyənləşdi

Konfrans Liqası: "Sabah"ın rəqibi müəyyənləşdi

"Sabah" klubunun UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibinin adına aydınlıq gəlib. 

Olimpnews.az xəbər verir ki, paytaxt təmsilçisi III təsnifat mərhələsində Bolqarıstanın “Levski” klubu ilə üz-üzə gələcək. 

Qeyd edək ki, "Levski" ötən gün Portuqaliyanın "Braqa" klubuna iki oyunun nəticəsinə görə qalib gəlib. 

Komandalar arasında ilk oyun avqustun 7-də Sofiyada təşkil olunacaq. Cavab qarşılaşması isə bir həftə sonra Bakırda baş tutacaq.