İkiqat Olimpiya çempionu vergi borcuna görə cəzalanıb

İkiqat Olimpiya çempionu vergi borcuna görə cəzalanıb

Rusiyanın Federal Vergi Xidməti (FNS) etletika üzrə ikiqat Olimpiya çempionu Yelena İsinbayevanın üç bank hesabını bloklayıb.
Olimpnews az “Mash na sporte” telegram kanalı istinadən xəbər verir ki, avqustun 5-də vergi xidməti İsinbayevanın fərdi sahibkarı ilə əlaqəli üç hesabına girişi məhdudlaşdırıb. Buna səbəb FNS-ə ödənilməyən 283 min rubl borc göstərilir.
Qeyd edilir ki, iyunun sonunda qurum daha böyük borca görə İsinbayevanın fərdi sahibkarlığı ilə əlaqəli hesablarını bloklamışdı. O zaman borc 818 min rubla çatmışdı.