Qadınların Milli Basketbol Assosiasiyasının (WNBA) adi mövsümündə "Phoenix Mercury" "İndiana Fever"lə üz-üzə gəlib.
Olimpnews.az xəbər verir ki, oyun 95:60 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Maraqlıdır ki, “Feniks”in hücumçusu Alissa Tomas bu matçda 18 xal, 11 ribaund və 10 məhsuldar ötürmə ilə tripl-dabl edib. X sosial şəbəkəsindəki rəsmi NBA hesabının verdiyi məlumata görə, Tomas WNBA tarixində ardıcıl üç tripl-dabl edən ilk basketbolçu olub. 33 yaşlı basketbolçu karyerasında artıq 19-cu tripl-dabldır. Ondan başqa liqada heç kim dörddən çox nailiyyət əldə etməyib.