Belçikalı yarımmüdafiəçi Aksel Vitsel yeni mövsümdən etibarən "Jirona"nın uğurları üçün çalışacaq.
Olimpnews.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər arasında müqavilə “1+1” sxemi üzrə imzalanıb.
Məlumat üçün bildirək ki, 36 yaşlı Vitsel Madrid "Atletiko"sundan azad agent kimi ayrılıb. O, bundan başqa "Borussiya", "Tianjin Quanjian", "Zenit", "Benfika" və "Standard" klublarında da çıxış edib.
"Jirona"ya azad agent kimi keçdi
