Baş məşqçi Kərim Əbdül-Cabbarı nümunə göstərib

Baş məşqçi Kərim Əbdül-Cabbarı nümunə göstərib

"Los-Anceles Leykers"in keçmiş məşqçisi Qari Vitti müasir dövrdə NBA-da basketboçuların zədələnmələrinini səbəbləri haqqında fikirlərini bölüşüb. Olimpnews.az xəbər verir ki, Vitti əsas əzələlərin gücləndirilməsinə xüsusi diqqət yetirən Şimali Amerika liqasının əfsanəsi Kərim Əbdül-Cabbardan misal göstərib.
"Siz tez-tez belə fikirlər eşidirsiniz ki, uşaqlar gənc yaşda daha basketbol oynayırlar. Bu olduğu kimidir. Amma ola bilsin ki, bu problem yetərincə izah olunmayıb. Biz insan orqanizmi haqqında nə bilirik? Mütəmadi təkrarlanan hərəkətlər kompensasiyalara gətirib çıxarır, kompensasiyalar isə öz növbəsində disfunksiyaya səbəb olur. Kərim Əbdül-Cabbardan söz açanda deyə bilərəm ki, onun əzələ sistemi çox mükəmməl idi", -  Vitti YouTube platformasında yayımlanan "Byron Scotts Fast Break" kanalında bildirib.