NBA-nın aparıcı basketbolçusu Jalen MakDaniels karyerasını Nyu Orleanda davam etdirəcək.
Olimpnews.az xəbər verir ki, bu barədə insayder Şəms Çaraniya sosial şəbəkədəki səhifəsində məlumat verib.
"Hücumçu Jalen MakDaniels «Nyu Orlean Pelikans» ilə müqavilə bağlamağa razılaşdı", - deyə o, vurğulayıb.
Qeyd edək ki, 27 yaşlı liqada altı mövsüm ərzində o, 252 oyun keçirib, orta hesabla 6,7 xal, 3,3 ribaund və 1,2 məhsuldar ötürmə ilə yadda qalıb. Ötən mövsüm oyunçu vaxtının çox hissəsini G-Liqada Vaşinqton ferma klubunda keçirib.