Azərbaycanın U-16 basketbol millisi Avropa çempionatında mübarizə aparacaq

Azərbaycanın U-16 basketbol millisi Avropa çempionatında mübarizə aparacaq

Azərbaycanın qızlardan ibarət U-16 basketbol millisi avqustun 20-29-u aralığında Türkiyənin İstanbul şəhərində təşkil olunacaq Avropa çempionatının B divizionunda mübarizə aparacaq.

Azərbaycan Basketbol Federasiyadan Olimpnews.az-a verilən məlumata görə, komanda B qrupunda yer alacaq.

U-16-nın iştirakı ilə baş tutacaq qarşılaşmaların təqvimi belədir:

20 avqust

14:00. Azərbaycan – İsveç

22 avqust

21:30. Azərbaycan – Niderland

24 avqust

19:00. Azərbaycan – Slovakiya

25 avqust

21:30. Azərbaycan – Lüksemburq

Qeyd edək ki, Azərbaycanın U-16 millisi Avropa çempionatının B divizionunda ilk dəfə iştirak edəcək.