"Pirelli" brendinin Formula 1 ilə əməkdaşlığı tarixində qarşıdan gələn Niderland Qran-Prisi əlamətdar olacaq.
Olimpnews.az xəbər verir ki, italiyanın nüfuzlu təkər istehsalçısı 500-cü yubiley yarışına hazırlaşır.
Məlumat üçün bildriək ki, bu əməkdaşlıq hekayə çempionatın tarixi ilə eyni vaxtda başlayıb. 1950-ci il mayın 13-də «Pirelli» şinləri ilə təchiz edilmiş dörd "Alfa Romeo" və dörd "Maseratti" avtomobili Silverstounda Britaniya Qran-Prisinin startına çıxıb. Əfsanəvi Cüzeppe Farina bu "Alfa Romeo"ların birində qalib gəldi. Lakin həmin gün digər iki sürücü də eyni avtomobilləri idarə edərək, podiuma çıxdılar. Onlar Luici Fagioli və Reg Parnelli idi.
Statistikaya görə 75 il ərzində İtaliya şirkəti dünya çempionatının 499 mərhələsində komandaların işinə yarayıb. Həmin müddətdə fasilələr də olub. Belə ki, 1950-1958, 1981-1986, 1989-1991 və nəhayət 2011-ci ildə Formula 1-ə qayıdıb.
Əslində «Pirelli» yubiley tədbirini Zandvoortda qeyd etməyi planlaşıdırır. Çünki şirkət titul sponsoru kimi çıxış etdiyi İtaliya Qran-Prisi zamanı Monzada bu tədbirin təşkilində maraqlıdır, Niderlandda bütün avtomobillərdə 500-cü Qran-Prinin şərəfinə xüsusi loqo yerləşdriləcək.