Ötən həftə Silverstounda 1950-ci il mayın 13-də bu trekdə baş tutan ilk Britaniya Qran-Prisinin 75 illiyinə həsr olunmuş motoridman festivalı keçirilib.
Olimpnews.az xəbər verir ki, bu əlamətdar hadisənin şərəfinə Silverstoun festivalının təşkilatçıları Cüzeppe Farinanın 1950-ci ildə titul qazandığı "Alfa Romeo 158"dən başlayaraq, Maks Verstappenin "Red Bull RB18" Formula 1 avtomobillərini bir araya toplayıblar.
Cümə axşamı avtomobillər xüsusi fotosessiya üçün tarixi Britaniya dövrəsinin start sahəsinə çıxarılıb. Bununla belə, Silverstounda təkcə çempionat avtomobilləri deyil, həm də müxtəlif illərdə bir növ inqilaba səbəb olan və texniki reqlamentləri ilə fərqlənən avtomobillər də var.
Mütəxəssislər yer effektinə malik olan ilk şassidən tutmuş ağıllı asma sistemləri və qeyri-adi sükan dizaynları olan şassilərə qədər, hamısı Formula 1-də uğurun çox vaxt ən cəsarətli ideyalardan qaynaqlandığınə diqqət yetiriblər.
Silverstounda çempion avtomobillər bir sıraya düzülüb
