Boks üzrə keçmiş dünya çempionu Tayson Fyuri bildirib ki, artıq futbolla maraqlanmır. O, sevimli klubu "Mançester Yunayted"ə olan azarkeşlyindən əl çəkib, diqqətini at yarışlarına yönəldib.
"Əvvəllər "Mançester Yunayted"i dəstəkləyirdim, amma indi onlar bərbad vəziyyətdə çıxış edirlər. Futbola olan marağımı onlar tamamilə azaldıblar. Mən də İngiltərə yığmasının dəstəkləyirdim, amma onlar Avro-2016-da İslandiyaya uduzdular. Bununla da nöqtəni qoydum. At yarışlarından xoşum gəlir. Tamaşa edib, zövq alıram", - deyə Fyuri Racing TV-yə verdiyi müsahibəsində qeyd edib.