İtaliya C Seriyasında çıxış edən “Yuventus”un gənclərdən ibarət komandası üç il ərzində transferdən 200 milyon avro gəlir əldə edib.
Olimpnews.az "Football Italia” portalına istinadən xəbər verir ki, "Yuventus" aşağı liqalarda oynayan komanda yaradan ilk A Seriya klubu kimi tarixə düşüb. 2018-ci ildə fəaliyyətə başlayan komanda və dörd il sonra "Juventus Next Gen" adlanıb. Məlumat üçün bildirək ki, bu komandadan bir sıra məşhur oyunçular çıxıb. Hazırda Madrid "Real"ında çıxış edən Din Huysen, "Roma"ya 30 milyon avroya keçən Matias Sule və 20 milyon avroya "Milan"ın heyətinə qoşulan Koni De Vinter bu layihənin uğurlarında hesab olunur.