"Sabah"ın baş məşqçisi jurnalistlərdən üzr istəyib  

"Sabah"ın baş məşqçisi jurnalistlərdən üzr istəyib  

Litva millisinin baş məşqçisi Rimas Kurtinaytis Yunanıstan komandası ilə EuroBasket-2025 çərçivəsində keçirilən oyundan əvvəl jurnalistlərlə danışmaqdan imtina edib. “Basketball Sphere”portalının yayıdığı xəbərə görə, o  Yunanıstan mətbuatından üzr istəyib.
"Litva millisinin baş məşqçisi Rimas Kurtinaytis bu gün baş verən anlaşılmazlığa görə səmimi şəkildə üzr istəyir. Menecerimiz Linas Kleiza və komandanın kapitanı Yonas Valançiunas müsahibəyə tam hazır idi. Lakin baş məşqçi səhvən qərar verdi ki, Linas qarşıdakı matçla bağlı lazım olan hər şeyi artıq deyib. Vəziyyəti düzəltmək üçün məşqçi sabahdan etibarən sizinlə əlaqə saxlamağa hazır olacaq”, - Litva Basketbol Federasiyasının açıqlamasında bildirilir.
Məlumat üçün bildirək ki, Rimas Kurtinaytis 2024-cü ildən etibarən həm Litva, həm də "Sabah" klubunun baş məşqçisidir.