NBA-da qayda dəyişikliyi olacaq

NBA-da qayda dəyişikliyi olacaq

Qarşıdakı mövsümdə NBA yeni qayda dəyişikliyi olacaq. 
Olimpnews.az ESPN-ə istinadən xəbər verir ki, periodların sonlarında edilən, amma uğursuz alınan atış cəhdləri fərdi oyunçuların statistik göstəricilərinə “səhv atış” kimi yazılmayacaq. Dəyişikliyin əsas məqsədi - basketbolçuların son saniyələrdə məsafədən atış etməyə daha cəsarətli yanaşmalarını təmin etməkdir. Xüsusilə də, bu cür riskli atışların oyunçuların ümumi dəqiqlik faizini aşağı salmaması nəzərə alınıb.

Yay Liqasında sınaqdan keçirilmiş düzəliş NBA-nın rəqabət Komitəsi tərəfindən də təsdiqlənib.