"Barselona"nın prezidenti ümidini itirməyib

"Barselona"nın prezidenti ümidini itirməyib

"Barselona"nın prezidenti Xuan Laporta kluba yeni bir futbolçu gətirmək istəyir. 
Olimpnews.az El Nacionala istinadən xəbər verir ki, Laporta norveçli mərkəz hücumçusu Erlinq Haalandı hədəf seçib. Amma Haalandın transferi böyük maliyyə sərmayəsi tələb edir. Buna Laportanın hələ ki, imkanı yoxdur. Bildirilir ki, Robert Levandovski gələn yay çox güman ki, klubdan ayrılacaq. Onun yerini tutmaq üçün "Mançseter Siti"nin futbolçusu yaxşı namizəddir. Qeyd edək ki, Transfermarkt 25 yaşlı Erlinq Haalandı 180 milyon avro ilə qiymətləndirir.