Boksçularımız beynəlxalq turnirdə 3 medal qazandılar

Boksçularımız beynəlxalq turnirdə 3 medal qazandılar


Rusiyanın Anapa şəhərində yeniyetmələr arasında Nikolay Pavlyukovun xatirəsinə həsr olunmuş beynəlxalq boks turniri keçirilib. Yarışda iştirak edən Azərbaycan millisi üç medal qazanıb. Beləliklə, Məsud Yusifzadə (52 kq), Cavid Quliyev (64 kq) və Məhəmmədəli Tahirov (91 kq-dan yuxarı) vətənə bürünc medalla qayıdıblar.