Rəşad Rəsullu: “21 medalın qazanılması uğurlu nəticədir"
BOK
04.10.2025, 22:10
Bu gün III MDB Oyunları çərçivəsində U-17 yaş kateqoriyasında cüdo üzrə fərdi yarışlar keçirilib. İlk yarış günündə Azərbaycan yığması uğurlu çıxışla yadda qalıb. Təmsilçilərimiz 5 qızıl, 7 gümüş və 9 bürünc medal qazanaraq ümumi komanda hesabında ikinci, qızların yarışında isə birinci yeri tutublar.
Fərdi yarışların yekunundan sonra Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Olimpnews.az-a müsahibəsində komandamızın çıxışını dəyərləndirib.
- Rəşad müəllim, yarışların ilk günü Azərbaycan cüdoçuları üçün necə keçdi?
- Rusiya komandasından sonra cüdo yarışlarında ikinci yeri tutduq. 21 medalın qazanılması uğurlu nəticədir. Bəzi çəki dərəcələrində qızıl medala ümid etdiyimiz idmançılar var idi, lakin bu idmandır, hər şey mümkündür. Buna baxmayaraq, qızlar 44 kq, 48 kq və 52 kq çəki dərəcələrində qızıl medal qazandılar. Xüsusilə 52 kq çəki dərəcəsində çıxış edən Nərmin Ağamirzəzadəni qeyd etmək istəyirəm. O, ilk görüşdə “Böyük Dəbilqə” turnirinin medalçısı olan tacikistanlı rəqibinə qalib gəldi. Nərminin hələ 15 yaşı tamam olmayıb, hələ iki il yeniyetmələrdə çıxış edəcək. Onun nəticəsi ümidvericidir. Yarışdan əvvəl müəyyən etdiyimiz qızıl medal planını demək olar ki, yerinə yetirdik. Deyərdim ki, bir qızıl medal az oldu.
- Bu yaşda yeniyetmə idmançılar üçün belə turnirlər nə qədər əhəmiyyətlidir?
- Yeniyetmə dövrü inkişaf mərhələsidir. Bu gün burada medal qazanmayan idmançı gələcəkdə Olimpiya çempionu ola bilər. Elə hallar da olur ki, qızıl medal qazanan idmançı bir neçə ildən sonra idmanı tərk edir. Ona görə də yeniyetmələrin nəticələrinə əsasən uzunmüddətli proqnoz vermək çətindir. Biz onların gələcəkdə məşqlərə münasibətini, işə yanaşmalarını izləyəcəyik. Amma ümumilikdə deyə bilərəm ki, həm qızlar, həm də oğlanlar arasında 2032, 2036, hətta 2040-cı il Yay Olimpiya Oyunlarında medal qazana biləcək potensiallı idmançılarımız var. Sadəcə olaraq bu potensial üzərində daim işləmək lazımdır.
- Qızların yarışda oğlanlardan daha çox qızıl medal qazanması gözlənilən idimi?
– Açığı, dünən komanda ilə görüşdə onlara demişdim ki, qızlar sizdən daha çox medal qazanacaq (gülür). Elə də oldu – qızlar 3, oğlanlar isə 2 qızıl medal qazandı. Bu da bir daha sübut edir ki, Azərbaycan cüdosunda qızların inkişafı dinamik şəkildə davam edir.
- Sabah keçiriləcək komanda yarışlarında bizi nələr gözləyir? - Cəmi beş ölkə - Azərbaycan, Rusiya, Belarus, Tacikistan və Özbəkistan komandaları yarışda mübarizə aparacaq. Bizim məqsədimiz ən azı final mərhələsinə qədər irəliləməkdir. Komandamız buna qadirdir.
- Yeniyetmə idmançılar son üç aydır ki, artıq bir neçə beynəlxalq yarışda ardıcıl iştirak edirlər. Yorğunluq hiss olunurdumu?
- Əlbəttə. Bu, yeniyetmələrimizin iştirak etdiyi ardıcıl dördüncü böyük turnirdir. İyunun sonunda Avropa çempionatı, iyulun sonunda Avropa Gənclər Olimpiya Festivalı, avqustda dünya çempionatı və indi də III MDB Oyunları. Təbii ki, uşaqlar artıq bir qədər yorulublar. Burada elə idmançılar da var idi ki, öz çəkisindən bir qədər yuxarı çıxış edirdi. Bəzi favorit cüdoçularımız da bu yarışda iştirak edə bilmədi - məsələn, Leyla Ələkbərova və EYOF-2025-in qalibi Rza Xəlilli. Amma bu Oyunlar digər idmançılarımız üçün özlərini göstərmək baxımından əla fürsət oldu. Azər Əlizadə
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir
06.06.2026, 16:47 Tennis
-
Maykl Olise “Real Madrid”a keçməyə hazırdır
06.06.2026, 16:19 Futbol
-
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir
06.06.2026, 16:11 Formula 1
-
Millimiz Avropa Liqasında mübarizəyə başlayır
06.06.2026, 11:51 Voleybol
-
3x3 basketbol millimiz Dünya Kubokunda növbəti oyununu keçirəcək
06.06.2026, 10:39 Basketbol
-
Millimiz yoldaşlıq matçında Maltaya məğlub oldu
06.06.2026, 00:19 Futbol
-
Elşad Quliyev: "Bundan sonrakı oyunlara da məsuliyyətlə yanaşacağıq"
05.06.2026, 23:55 Müsahibə
-
Taleh Nəsibov: "Bizi dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm"
05.06.2026, 23:50 Müsahibə
-
Bakıda keçirilən Beynəlxalq Voleybol Federasiyasının seminarına yekun vurulub
05.06.2026, 23:31 Voleybol
-
Voleybol millimiz Avropa Liqasına məğlubiyyətlə başladı
05.06.2026, 23:05 Voleybol
-
Basketbol millimiz dünya çempionatının 1/4 finalında
05.06.2026, 22:55 Basketbol
-
Sadıq Sadıqov vəfat edib
05.06.2026, 22:10 Olimpiya dünyası
-
Ramiz Çovdarov: "Azarkeşlərin dəstəyi sayəsində bu uğura nail olduq"
05.06.2026, 21:50 Müsahibə
-
Vüsal İsayev: "Bu qələbəni Azərbaycan xalqına həsr edirik"
05.06.2026, 21:32 Müsahibə
-
Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb
05.06.2026, 21:00 Gündəm
-
“Beşiktaş” Vinçenzo Italiano ilə razılığa gəlib
05.06.2026, 19:05 Futbol
-
Florentino Perez yeni transfer hədəfini açıqladı
05.06.2026, 18:53 Futbol
-
FIFA Dünya Kubokunda zurnaya qadağa qoyur
05.06.2026, 18:33 Futbol
-
Qazaxda futbol festivalı keçirilib
05.06.2026, 18:07 Futbol
-
"Şəfa"nın yeni baş məşqçisi müəyyənləşdi
05.06.2026, 17:55 Futbol
-
Avarçəkənimiz Avropa çempionatında mübarizə aparacaq
05.06.2026, 17:23 Su idman növləri
-
Cüdoçular Avropa çempionatına Şamaxıda hazırlaşırlar
05.06.2026, 17:10 Cüdo
-
Güləşçilərimiz mötəbər yarışlara bölgələrdə hazırlaşırlar
05.06.2026, 16:41 Güləş
-
Çingiz Hüseynzadə: “Təhlükəsiz idmanla bağlı bütün problemlər daha operativ şəkildə araşdırılacaq”
05.06.2026, 16:18 Müsahibə
-
Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib
05.06.2026, 15:44 Gündəm
-
Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
05.06.2026, 15:25 Gündəm
-
Bakıda Dünya Kuboku yarışlarına start verildi
05.06.2026, 15:11 Gimnastika
-
Milli idman federasiyaları üçün “Təhlükəsiz idman” proqramı başa çatıb
05.06.2026, 13:13 MOK
-
3x3 basketbol millimiz Dünya Kubokunda Litva ilə üz-üzə gələcək
05.06.2026, 11:14 Basketbol
-
Azərbaycan voleybol millisi Avropa Liqasında mübarizəyə Bakıda start verir
05.06.2026, 11:00 Voleybol
-
Azərbaycan velosipedçiləri beynəlxalq turnirdə iştirak edəcəklər
05.06.2026, 10:44 Velosiped
-
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
05.06.2026, 10:25 Gündəm
-
Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
04.06.2026, 23:52 Gündəm
-
Parataekvondoçularımız Roma Qran-Prisində iki medal qazanıblar
04.06.2026, 22:55 Taekvondo