Formula 1 üzrə yeddiqat dünya çempionu olan "Ferrari" pilotu Lyuis Hemilton ötən həftəsonu Sinqapur Qran-Prisində akntirekordla yadda qalıb. Belə ki, britaniyalı pilot İtaliya komandasının heyətində ardıcıl 18 yarışdır ki, podiuma çıxa bilməyib. Bununla da o, fransalı Didye Pironinin 1981-82-ci illərdəki uğursuzluğunu təkrarlayıb.
Debütdən etibarən podiumdan kənarda qalan "Ferrari" pilotları:
Lyuis Hemilton (Böyük Britaniya) - 18;
Didye Pironi (Fransa) - 18;
İvan Kapelli (İtaliya) - 14;
Jile Villenuv (Kanada) - 13;
Gerhard Berger (Avstriya) - 11;
Arturo Merzario (İtaliya) - 11.
Hemilton antirekorda şərik oldu
