Pəhləvanlarımız MDB Oyunlarını 6 medalla başa vurdular

Pəhləvanlarımız MDB Oyunlarını 6 medalla başa vurdular

III MDB Oyunları çərçivəsində keçirilən yunan-Roma güləşi üzrə yarışlara yekun vurulub.

Olimpnews.az xəbər verir ki, Gəncə Olimpiya İdman Kompleksində təşkil olunan yarışda Azərbaycan pəhləvanları 6 medal qazanıblar. KOmandamızın üzvlərindən Elşad Abbasov (51 kq), Əli Nəzərov (60 kq) və İslam Sultanov (71 kq) qızıl medallara layiq görülüb. Ölkəmizin aktivinə gümüş medalları Yusif Mirzəyev (48 kq) və Nicat Yeylaqaliyev (80 kq) yazdırıb. Hikmət Haqverdiyev isə 55 kq çəki dərəcəsində bürünc medala sahib çıxıb.