"Ferrari" komandası Fiorano Modenesedə yerləşən "Fiorano" trasının yaxınlığında yerləşən yeni "Ferrari e-Vortex" sınaq trekinin istifadəyə hazır oluğunu bildirib. "Ferrari" nin rəsmi saytında yer alan məlumata görə, idman avtomobillərinin sınaqdan keçirilməsi üçün nəzərdə tutulmuş yeni dövrə dörd aydan az vaxt ərzində tamamlanıb. Trasın uzunluğu 1887 metr, eni 6 metrdən 14 metrə qədər, əsas hissəsi isə 600 metrə çatır. Trekin ümumi sahəsi 37 min kvadratmetrdən çoxdur. Avtomobillərə texniki qulluq üçün trasa bitişik olan 1000 kvadratmetrlik emalatxana tikilib.
"Ferrari" üçün yeni trekin inşasına dörd ay kifayət etdi
