"Lamborghini"yə məxsus "Centro Stile" dizayn studiyası 20-ci ildönümü münasibətilə yeni konsept avtomobili "Lamborghini Manifeston"nu təqdim edib. Şirkətdən verilən məlumata görə, yeni modelin istehsalı nəzərdə tutulmayıb. Bu "Lamborghini" avtomobillərinin gələcək dizayn istiqamətini özündə əks etdirir. Avtomobilin ön şüşəsi iki günbəzli dam örtüyünə çevrilir. Mühərrik boşluqları olan nəhəng arxa hissə isə nəhəng diffuzorla tamamlanır. Şirkət avtomobilin texniki təfərrüatlarını isə açıqlamayıb.
"Lamborghini" gələcək layihəsini təqdim etdi - FOTO



.jpg)