Finlandiyalı çempion rallini Formulaya dəyişib

Finlandiyalı çempion rallini Formulaya dəyişib

İkiqat Dünya Ralli çempionu Kalle Rovanpera 2027-ci ildə Formula 2-də yarışmaq niyyətində olduğunu açıqlayıb.
"Mən 2026-cı ildə Super Formulada yarışacağım üçün həyəcanlıyam. Özümü 2027-ci ildə Formula 2 yarışına hazırlayıram. Bəli, biz buna hazırıq", - deyə Rovanpera sosial media platformasında yazıb.
25 yaşlı sürücü karyerası ərzində 17 WRC yarışında qalib gəlib və 26 dəfə podiuma yüksəlib. O, seriya tarixinin ən gənc çempionu sayılır - 22 yaş 1 gün.