UEFA Çempionlar Liqasının formatını dəyişməyəcək

UEFA Çempionlar Liqasının formatını dəyişməyəcək

UEFA Superliqa təşkilatçılarının Çempionlar Liqasının formatının dəyişdirilməsi ilə bağlı təklifini rədd edib. UEFA-nın mətbuat xidmətinin məlumatına görə, qurumun baş katibi Teodor Teodoridis Superliqa layihəsini təbliğ edən A22 şirkətinin həmtəsisçisi Anas Laqrari ilə görüş keçirib.  Lakin görüş heç bir müsbət nəticə verməyib. Mundo Deportivo xəbər verir ki, Çempionlar Liqasına edilən dəyişikliklər UEFA reytinqinə əsasən 36 komandanın 18 klubdan ibarət iki qrupa bölünməsini nəzərdə tutmalı idi. Bununla da hər komanda səkkiz oyun keçirəcək. Onların mübarizəsində ən yaxşı komandalar 1/8 finala yüksələcək, aşağı səkkizlik isə ilkin pley-off mərhələsində ikinci qrupdakı ən yaxşı səkkiz komanda ilə qarşılaşacaqdı.
Məlumat üçün bildirək ki, Hazırda Çempionlar Liqasında 36 klub iştirak edir. Bütün komandalar birinci mərhələdə dördü evdə, dördü isə səfərdə olmaqla səkkiz oyun keçirir. Bütün klublar birləşdirilmiş cədvəldə birləşir, ilk səkkizlik avtomatik olaraq 1/8 finala yüksəlir, 9-24-cü yerləri tutan komandalar isə pley-offun qalan iştirakçılarını müəyyənləşdirirlər. Çempionlar Liqası ötən mövsümdən bu formatda keçirilir.