Almaniyanın avtomobil istehsalçısı olan "Capricorn" şirkəti "Zagato"nun yeni hiperkarını ictimaiyyətə təqdim edib. Şirkətdən verilən verilən məlumata görə, 2,95 milyon avro qiymət etiketi ilə 19 ədəd məhdud sayda avtomobil istehsal ediləcək. Texniki göstəricələrinə gəlincə, "Capricorn 01 Zagato" təxminən 662 kVt (900 at gücü) hasil edən 5,2 litrlik turbomühərrikli V8 mühərriki ilə təchiz edilib. Güc aqreqatı beş pilləli mexaniki transmissiya ilə birləşdirilib. Yaradıcıların fikrincə, avtomobil 100 km/saat (62 mil/saat) sürəti üç saniyədən az vaxta yığır, maksimal sürəti isə 360 km/saatdır (222 mil/saat). Avtomobildə "Brembo" karbon-keramika əyləclərinə üstünlük verilib.
Avtomobil dünyasında yeni model - cəmi 19 ədəd - FOTO


