Formula 1 rəhbərliyi pilotlara xəbər göndərib

Formula 1 rəhbərliyi pilotlara xəbər göndərib

FİA Formula 1 pilotlarından həftəsonu keçiriləcək Amerika Qran-Prisi zamanı soyuducu jilet geyinməyi tələb edəcək.

Olimpnews.az Racingnews365-ə istinadən xəbər verir ki, sinoptiklər cümə və bazar günləri Texas trekində temperaturun 32 dərəcəyə yüksələcəyini və şənbə sessiyalarında - sprint və sıralama yarışlarında - 33 dərəcə olacağını proqnozlaşdırıblar. Məlumat üçün bildirək ki, FİA-nın bundan əvvəl Sinqapurdakı yarışda pilotlarından bunu tələb etmişdi.