Mən, o və biz - Bir şəkilin tarixçəsi  

Mən, o və biz - Bir şəkilin tarixçəsi  

FİA prezidenti Məhəmməd bin Sulayem "Red Bull" un keçmiş baş direktoru Kristian Horner və "McLaren"in hazırkı baş direktoru Zak Braun ilə fotosunu yayımlayıb. Rəsmi görüşün təfərrüatlarını açıqlamasa da, o, sosial şəbəkədəki paylaşımına belə münasibət bildirib: "Axşamı yaxşı bir yerdə keçirdik. Təşəkkürlər, Zak Braun və Kristian Horner!"
Qeyd edək ki, Kristian Horner 2005-ci ildən "Red Bull"a rəhbərlik edib. Onun dövründə Avstriya komandası səkkiz dəfə sürücülər çempionatını və altı dəfə isə Konstruktorlar çempionatını qazanıb. O, 2025-ci ildə keçirilən Britaniya Qran-Prisindən sonra baş direktor və komanda direktoru vəzifələrindən uzaqlaşdırılıb.