Bu gün futbol üzrə Misli Premyer Liqasında VIII turun oyunlarına start veriləcək.
Olinpnews.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Tura "Şamaxı" - "Kəpəz" oyunu ilə start veriləcək. Şamaxı şəhər stadionunda keçiriləcək oyun saat 14:30-da başlayacaq. Qarşılaşmanı Əliyar Ağayev idarə edəcək.
Turun ikinci oyununda isə son çempion "Qarabağ" "Azərsun Arena"da "Turan Tovuz"u qəbul edəcək. Start fiti saat 19:00-da səslənəcək oyunun baş hakimi Elçin Məsiyev olacaq.
Misli Premyer Liqasında VIII tura start verilir
jpeg-1760694287.jpeg)