"Topçular" Kenan Yıldız üçün "Qoca Sinyora"ya təklif hazırlayıb 

"Topçular" Kenan Yıldız üçün "Qoca Sinyora"ya təklif hazırlayıb 

İngiltərənin "Arsenal" klubu transfer pəncərəsində səs-küy yaradacaq bir transferlə gündəmə gəlməyə hazırlaşır. 
Olimpnews.az İtaliya mətbuatına istinadən xəbər verir ki, London təmsilçisi "Yuvetus"un türkiyəli futbolçusu Kenan Yıldız böyük transfer planı hazırlayır. "Topçular" 20 yaşlı futbolçunu heyətinə cəlb etmək üçün Turin klubuna Qabriel Xesusu və 50 milyon avro təklif etməyi planlaşdırır. 
Qeyd edək ki, "Arsenal" klubu daha əvvəl də Kenan Yıldızın transferi üçün danışıqlar aparmışdı. 
Türkiyəli futbolçu bu mövsüm "Qoca Sinyora"nın heyətində çıxdığı 8 matçda 2 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.