Məhəmməd Əli Twitter-də yazdı

Məhəmməd Əli Twitter-də yazdı

Əfsanəvi boksçu Məhəmməd Əli Twitter sosial şəbəkəsində qeydiyyatdan keçib. Məşhur boksçu Twitter-in istifadəçiləri üçün dünya çempionu adı uğrunda Sonni Listonla görüşünün 50 illik yubileyi ilə bağlı bunları yazıb: "Mən Sonni Listona qarşı döyüşdə dünyanı valeh etməyi bacardım. Budur, həmin vaxtdan 50 il keçir və mən xatirələrimi sizinlə paylaşıram”.
Xatırladaq ki, Məhəmməd Əli karyerası ərzində 61 döyüşdən 56-da qalib gəlib, 5-ni isə uduzub. Boksçu 1984-cü ildən parkinson xəstələyindən əziyyət çəkir.