Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişlər

Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişlər



Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamı ilə hər il martın 5-i ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi geniş qeyd olunur.
Əlamətdar gün münasibətilə Azərbaycanın idman ictimaiyyətinin, müvafiq qurumların nümayəndələri martın 5-də Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri düzülmüşdür.
Sonra idman ictimaiyyətinin nümayəndələri Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anmış, məzarları önünə çiçəklər düzmüş, "Əbədi məşəl” abidəsinin qarşısına əklil qoymuşlar.
Sonra üzərində Azərbaycanın dövlət bayrağı olan 50-dən artıq velosipedçi Şəhidlər xiyabanından Hüseyn Cavid bağınadək yürüş etmişdir.