Kişi voleybolçulardan ibarət "Azerreyl" klubu Çempionlar Liqasında bu gün mübarizəyə başlayır.
Olimpnews.az xəbər verir ki, Azərbaycan təmsilçisi təsnifat mərhələsinin I turunda Serbiyanın "Radniçki" kollektivi ilə qarşılaşacaq.
Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək oyunun start fiti 19:00-da start götürəcək.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu oktyabrın 29-da təşkil olunacaq.